Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərdə yerləşən dönərxanaların birində qeydə alınıb. Ucar rayon 2 saylı orta məktəbin 10-cu sinif şagirdi Əli adlı dönərçini iş yerində bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov oxu.az-a bildirib ki, bıçaqlanma hadisəsi bu gün günorta saatlarında şəhər ərazisində baş verib.
Qeyd olunub ki, yeniyetmə dönər alan zaman satıcı ilə arasında yaranan münaqişə zəminində sonuncuya bıçaqla yüngül xəsarət yetirib. Xəsarət alan şəxs Ucar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.