"Məhv olduq, deyiləsi başqa söz yoxdur".
Bunu Uels millisinin kapitanı Qaret Beyl Qətərdə keçirilən dünya çempionatında İrana 0:2 hesabı ilə uduzduqları B qrupunun II tur oyunundan sonra deyib.
33 yaşlı hücumçu son saniyəyədək vuruşduqlarını bildirib: "İndi yenidən mübarizə aparmalı, özümüzü dərhal ələ almalıyıq. Yəqin ki, bizim üçün asan olmayacaq. Görək, son turda nələr baş verəcək".
Qeyd edək ki, Uels yığması qrupda sonuncu oyununu noyabrın 29-da İngiltərəyə qarşı keçirəcək.//report