Azərbaycanda qar yağacaq - HAVA XƏBƏRDARLIĞI - VİDEO

19:58 25 Noyabr 2022

Bu günlərdə payız mövsümündə yaz havasını müşahidə edilir.

SİTAT.İNFO Xəzər TV-yə istinadən xəbər verir ki, havanın temperaturu bəzən günorta saatlarında 20 dərəcəyədək yüksəlir. Hazırda havanın temperaturu iqlim normasından 7 dərəcə yüksəkdir.

Havaların mülayim keçməsinin səbəbi isə ölkə ərazisində cənub-şərq küləyinin üstün olmasıdır.

Amma hidrometeoroloqlar noyabrın 27-dən havanın temperaturunun tədricən düşəcəyini, hətta qar yağacağını proqnozlaşdırırlar.

Bölgələrdə də sabah şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə isə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Noyabrın 29-u axşamdan dekabrın 2-dək yağıntıların bir qədər də intensivləşəcəyi proqnozlaşdırılır.



Xəbər xətti