Paytaxt yollarında disklərinə müdaxilə edilən Toyota "prius" markalı avtomobil görüntülənib.
SİTAT.İNFO xəbər verir ki, bu barədə video baku.ws-in "qaynar xətt"inə daxil olub.
Hadisə şahidinin iddiasına görə, sözügedən hal qayda pozuntusudur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inpektoru Araz Əsgərli bildirib ki, bu situasiyada təkər bazasının ölçüsünə dəyişikliklər olunmayıb. Diskə görünüş üçün dəmir bağlanıb. Bu da texniki müdaxilə sayılmır.
O ki qaldlı belə halların inzibati məsuliyyətinə bu zaman qaydalar belədir:
"Nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirmək yol hərəkəti haqqında qanunun 37-ci maddəsinə uyğun olaraq hər bir sürücünün vəzifəsidir. Avtomobilə edilmiş müdaxilələr istehsalçının nəzərdə tutulmuş normalarından kənara çıxmamalıdır. Hər bir avtomobilin interyer və eksteryerində dəyişiklik ediləndə təhlükəsizlik məsələsinə əməl olunmalıdır. Əgər nəqliyyat vasitəsində istehsalçının nəzərdə tutduğu qaydada normativ tələblər pozularsa, inzibati xətalar məcəlləsinin 342.2.2-ci maddəsinə uyğun olaraq sürücü 150 manat məbləğində cərimə olunur. Söhbət konstruktiv normativ tələblərin pozulmasından gedir. 1 saylı əlavədə siyahı üzrə göstərilən nasazlıq yaranıbsa 50 manat məbləğində cərimə nəzərdə tutulur. Əgər sözügedən nasazlıq yerində aradan qaldırılırsa cərimə nəzərdə tutulmur".