Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.
"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.