Kiyev adminstrasiyası kəskin qərarlar almaqdadır. Rusiyanın göndərdiyi desantlarla mübarizədə çətinlik çəkən hökumət komendant rejimini bir qədər də sərtləşdirib.
Kiyev meri xəbərdarlıq edib ki, bu gündən saat 17.00-dan səhər saat 08.00-a qədər komendant saatı tətbiq olunacaq. Bu saatlarda çöldə olanlar düşmən hesab olunacaqlar. Bu rejim fevralın 28-dək davam edəcək.