"Hər kəsin ziyarətçisi gələrdi, bir mənim gəlməzdi. Həqiqətən anamı övladlarım dünyaya gələndən sonra bağışladım. Bunu ürəkdən deyirəm".
Sitat.info xəbər verir ki, bu sözləri müğənni Doğuş "Günaydın, Azərbaycan" proqramında deyib. O, daha sonra anası Nurhəyat xanımın qarşısında diz çökərə ağlayıb.
"Allah heç kimi anasız-atasız qoymasın. Danışmaqla bitmir, heç vaxt da bitməyəcək. Amma həqiqətən, Allahın izni ilə anamı bağışladım" deyə, Doğuş əlavə edib.
Qeyd edək ki, ifaçının anası bir müddət əvvəl Doğuş uşaq olarkən keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra məhkəmənin oğlunu ondan alaraq atasına verdiyini açıqlamışdı.