Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində snayperlə vurularaq şəhid olan Vadim Qocayevin dünən övladı dünyaya gəlib.
Sitat.info xəbər verir ki, dünyaya göz açan şəhid balasına Zeyd adı verilib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir.
Xatırladaq ki, hərbi qulluqçumuzun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.