Hindistanın şərqindəki Bihar əyalətində avtomobil yolun kənarında dayanmış bir qrup insanı vurub, vəziyyəti ağır olanlar da daxil olmaqla, təxminən 18 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə bazar günü yerli NDTV telekanalı məlumat yayıb.
Qeyd edilir ki, hadisə şənbə günü axşam saatlarında Saran dairəsində magistral yolda baş verib.
Məlumata görə, bir qrup insan yolun kənarında dini ayin icra edərkən yüksək sürətlə hərəkət edən avtomobil onları vurub. Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.
Yerli sakinlərin sözlərinə görə, avtomobilin sürücüsü sərxoş olub. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.