AY Partiya Urumçidə çoxsaylı insan ölümünə səbəb olan yanğınla əlaqədar başsağlığı verdi

14:05 27 Noyabr 2022

 
Azərbaycan Yüksəliş Partiyası Urumçidə çoxsaylı insan ölümünə səbəb olan yanğınla əlaqədar başsağlığı verib. 

Sitat.info xəbər verir ki, başsağlığında deyilir: 

 Uyğur türklərinin Çin hökumətinin zülmünə məruz qalması ilə bağlı davamlı xəbərlər yayılır. 
Sosial şəbəkələrdə, müxtəlif media orqanlarında yayılan  xəbərlərin nə qədər doğru olub -olmadığını dəqiqləşdirmək də mümkün olmur, çünki Çin hökuməti qapalılıq prinsipi ilə məlumatların yayımlanmasının qarşısını alır. 

Bu günlərdə Uyğur türklərinin yaşadığı Sincan Muxtar Respublikasının Urumçi şəhərində COVID-19 xəstələrinin saxlanıldığı binada yanğın olduğu, 30 nəfərin öldüyü barədə məlumat yayılıb. 
Bu olayda şübhəli məqamların olduğunu bildirilir. Yanğınsöndürənlərin hadisə yerinə 3 saat sonra çatması, çevik müdaxilə etməməsi bu iddiaları gücləndirir. 

Azərbaycan Yüksəliş Partiyası hadisə nəticəsində həlak olanlara Tanrıdan rəhmət diləyir, onların ailə üzvlərinə, uyğur türklərinə, bütövlükdə Türk Dünyasına başsağlığı verir. 
Ümid edirik ki, Çin hökuməti ən qısa zamanda hadisə ilə əlaqədar açıqlama verəcək. 
AY Partiya olaraq, Türk Dünyası Birliyinə üzv ölkələrini bu olaya biganə qalmamağa çağırırıq.

Sitat.info 



Xəbər xətti