"Narkomaniyanın kökündə 90 faiz hallarda qadın asılılığı dayanır" - Psixoloq

13:44 28 Noyabr 2022

"Narkomaniyanın bir çox səbəbləri var. Birinci səbəb genetik faktordur.  Digər səbəblər disfunksional ailə, ata-ana ayrılığı və ailədə uşağa qarşı olan şiddət və sairdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında psixoloq Heyran İbrahim deyib.

Onun sözlərinə görə, çox zaman davranış pozuntusu olan uşaqlar zamanında psixoterapiya almasa, 18 yaşa çatdıqdan sonra artıq narkomaniya ilə üzləşə bilərlər: "Evdə ünsiyyətsizlik daha çox atanın oğlan uşağı ilə ünsiyyət qurmaması , yəni onu dinləməməsi, başa düşməməsi problemə gətirib çıxarır. Yəni, ata evdə olarkən övladı ilə ünsiyyət qurmalıdır. Digər səbəblər isə uşaqlarda erkən yaşda cinsi münasibət, çölə meyllilik, yaşından tez bir zamanda çoxlu pul görməsi, uşağa heç bir məsələdə yox deyilməməsidir".

Psixoloq hesab edir ki, narkomaniyanın 90 faizinin kökündə öncə qadın aslılığı dayanır: "Yəni bir kişi qadınla münasibətində ayrılıq yaşıyırsa, çox zaman bu narkomaniyaya gətirib çıxarır. Bunlar narkomaniyanı tətikləyici səbəblərdir. Mən bunları şəxsi praktikam zamanı görürəm. 99 faiz qadından aslılıqdan meydana gəlir. Aslılıq yaşıyır və ayrılıqdan sonra narkotik istifadə edir".

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti