"Son günlər Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində düşmən təxribatlarının intensivliyi kifayət qədər artıb. Ərazilərə minaların, silahların və digər hərbi texnikaların daşınmasına aid faktlar da mətbuatda dərc olunmaqdadır. Hesab edirəm ki, bu təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfi preventiv tədbirlər görülməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, konsentrasiyanın atması gələcəkdə düşmənin daha genişmiqyaslı təxribatlara əl atması üçün münbit şərait yarada bilər: "Odur ki, biz düşmənin əlində olan silahların yerləşdiyi əraziləri təsbit edib, onları cəmləşdirilmiş atəş zərbəsi ilə sıradan çıxarmalıyıq".
Seymur,
Sitat.info