Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.
“Sitat.info”nun məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.
Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.