Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sitat.info-ya verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 245 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 996 nəfər müalicə olunaraq sağalıb, hazırda 273 aktiv xəstə var. Bu günə qədər 9 976 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 652, bu günə qədər isə ümumilikdə 7 371 423 test icra olunub.