"Fransanın Qarabağla Ukraynanı müqayisə etməsi Rusiya dəyirmanına su tökməkdir" - Ukraynalı politoloqdan Azərbaycana dəstək

18:09 28 Noyabr 2022

"Son zamanlar Fransa siyasətçiləri arasında belə bir yanlış fikir formalaşıb ki, Rusiyanın Ukraynanı qurban seçdiyi kimi, Qarabağ münaqişəsində də  Ermənistan Azərbaycanın təcavüzünün qurbanıdır. Əksər  ekspertlər bunun nəinki yanlış şərh, həm də Azərbaycan, Ukrayna və bütün Avropa üçün zərərli olduğu qənaətindədirlər".

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bunu ukraynalı politoloq Valentin Qladkixin deyib.

Onun fikrincə, Qarabağla Ukrayna arasında süni paralellər aparanlar unudurlar və ya qəsdən təhrif etməyə çalışırlar,  Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa edən Ermənistan deyil, Azərbaycandır: "Ermənistana kömək etmək, ona maliyyə və hərbi dəstək vermək Liberal Demokrat Partiyasını silahlandırmaqla eynidir. Bu müqayisə  Kreml strateqlərinin beynində yaranıb. İndi Azərbaycanı cəzalandırmaq üçün embarqo qoymağa çalışırlar. Amma niyə Azərbaycanı cəzalandırmalıdırlar? Ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməyə çalışdıqlarına görə? Bu, Rusiyanın dəyirmanına su tökməkdir. Çünki Rusiyanın enerji resurslarının Avropada istehlakı azalanda aydın olur ki, Azərbaycan bunu kompensasiya edə biləcək mexanizmlərdən biridir”, - deyə Qladkix bildirib.

Nərgiz,

SİTAT.İNFO

 



Xəbər xətti