AY Partiyanın Başqanlıq Heyəti Ərdoğanın baş müşaviri ilə görüşüb

19:44 28 Noyabr 2022

AY Partiyanın Başqanlıq Heyəti Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

Sitat.info xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinın üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi və Aynur Qəzənfərqızı bu gün Ankarada Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş danışmanı İhsan Şener ilə görüşüb.

Görüş zamanı dövlətlərarası əlaqələrin daha da dərin inkişafı üçün perspektivlər dəyərləndirilib, Türk Dövlətləri arasindakı milli-ideoloji və digər əlaqələrin inkişafı üçün ortaq layihələrin hazırlanmasının önəmi vurğulanıb. Həmçinin 44 günlük Vətən savaşından sonra Azərbaycan və Türkiyənin gücünün artdığı, regionun önəmli dövlətlərinə çevirildiyi vurğulanıb, digər mövzularda müzakirələr aparılıb.

Görüşun sonunda AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi İhsan Şenerə təqdim olunub, xatirə fotoları çəkdirilib.

**************

AY Partiya Başqanlıq Heyəti MHP-də

Milliyətçi Hərəkat Partiyasının (MHP) mərkəzi iqamətgahında MHP Başqanı Dövlət Bağçalının Türk Dunyası və xarici əlaqələr üzrə müavini professor Kamil Aydın AY Partiya Başqanın müavinləri Aynur Qəzənfərqızı, Vasif İsmayıl, Rəşad Bakuvi və Aqil Dadaşzadəni yüksək qonaqpərvərliklə qəbul edib. Görüş zamanı Türk Dünyasının ümumi problemlərindən danışılıb, Kamil Aydın MHP-nin Türk Dünyasına daxil olan ölkələrin əlaqələrinin daha çox inkişaf etməsi üçün gördüyü və görəcəyi işlərdən bəhs edib.

Sonda AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi Kamil Aydına təqdim edilib. Kamil Aydin da öz növbəsində "Türk dunyası çalqıları” kitabını heyətə təqdim edib.

**************

AY Partiyanın Başqanlıq Heyəti CHP-də

Azərbaycan Yüksəliş Partiyası Başqanının Beynəlxalq məsələlər üzrə müavini dr. Vasif İsmayıl, Siyasi məsələlər müavini Rəşad Bakuvi, Türk Dünyası və udeoloji məsələlər üzrə müavini dr. Aynur Qəzənfərqızı, AY Partiya İcra Aparatının rəhbəri Aqil Dadaşzadə Ankarada CHP-nin Xaric işlər komissiyasının müşaviri, bir dönəm Türkiyənin Azərbaycandakı səfiri işləmiş Ünal Çeviköz ilə görüşüb.

Görüş zamani Ü.Çeviköz CHP-nin Azərbaycanı tək partiya olaraq qəbul etdiyini və hər görüşə sahib partiya ilə görüşmək üçün qapılarının açiq olduğunu bildirib. O, AY Partiyanın dövlətçiliyin inkişafında öz töhfəsini verməsini diləyib.

Başqanlıq Heyətinin üzvləri də oz növbəsində Turkiyəni tək partiya olaraq gördüyünü və Turk Dunyası ilə əlaqələrin inkişaf etməsi məqsədilə səfərlər təşkil etdiyini vurğulayıb. Görüşün sonunda Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi Ünal Çeviközə təqdim edilib.

 

 




Xəbər xətti