Ukrayna Peskovun iddialarını təkzib etdi: "Həqiqi təkliflərə açığıq"

19:13 26 Fevral 2022

Ukrayna Rusiya ilə müzakirələrdan imtina etdiyi iddialarını təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Unian” yayıb.

“Bu, doğru deyil. Biz qarşıdurmaların azalması üçün həqiqi təkliflərə açığıq”, - Ukrayna Prezidentinin katibliyindən bildirilib.

Qeyd edək ki, bu gün Kremlin sözçüsü  Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin dünən günortadan sonra Kiyevlə gözlənilən danışıqlarla əlaqədar Ukraynada qoşunların irəliləyişini dayandırmağı əmr edib, lakin Ukrayna tərəfi danışıqlardan imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib.



Xəbər xətti