Bakıda bacı qardaşını bıçaqlayıb - TƏFƏRRÜAT - VİDEO

21:08 28 Noyabr 2022

Bakıda bıçaqlanma hadisəsi baş verib.

SİTAT.İNFO "Xəzər TV"yə istinadən xəbər verir ki,  hadisə paytaxtın Bakıxanov qəsəbəsi, Hacınski 21, mənzil 3- də qeydə alınıb.

Mənzil sahibinin ötən gecə saat 02:30 radələrində aralarında yaranmış mübahisə zəminində qardaşını bıçaqladığı iddia olunur.

Paytaxt sakini Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı, 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

Qonşuların sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilnən Püstə Məmmədova əvvəlcə mənzilini kirayə verib. Son 3 ildə isə Hacinski 21, mənzil 3 ünvanında bacısı ilə birlikdə qalırmış.

Qonşular Püstə Məmmədovanın ruhi əsəb xəstəliyindən bir müddətdir əziyyət çəkdiyini deyir. Dünən gecə isə Püstə Məmmədova intihara cəhd edib, qardaşı ona mane olmağa çalışıb. Bundan sonra aralarında mübahisə yaranıb.

Qardaşını bıcaqlamqda şübhəli bilən Pustə Məmmədovanın ailəsi isə müsahibə verməkdən imtina etdi.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi başlanılıb və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.



Xəbər xətti