Heyvanlardan insanlara keçən yeni virus aşkarlandı - Dünya təşvişdə

10:55 29 Noyabr 2022

Çinin Yunnan əyalətində çalışan elm adamları yarasalarda və insanlarda xəstəliyə səbəb ola biləcək yeni virus növü tapdıqlarını bəyan ediblər.

 Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, tədqiqatçılar “BtSY2” adlı yeni virusun Kovid-19-a səbəb olan “SARS-CoV-2” ilə eyni ailədən olduğunu bildiriblər:

“Həm SARS-CoV-2, həm də SARS-CoV ilə yaxından əlaqəli insanlar və ya mal-qara üçün yoluxucu ola biləcək beş yeni virus ştamını müəyyən etdik. Bunlardan ən narahatlıq verəni “BtSY2” adlı virusdur”.



Xəbər xətti