Azərbaycandan daha bir jest! SOCAR-ın Ukraynadakı YDM-ləri benzini PULSUZ verəcək

21:08 26 Fevral 2022

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada yerləşən yanacaqdoldurma məntəqələrinə göstəriş verib.

Musavat.com-un mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, göstərişə əsasən, Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verilir.

Musavat.com bildirir ki, bu, Ukrayna xalqına böyük dəstəkdir və Azərbaycan dövləti tərəfindən Ukraynanın haqq davasının dəstəklənməsinin göstəricisidir.



Xəbər xətti