"Cənubi Azərbaycan məsələsi millət məsələsi olmalıdır, hakimiyyət məsələsi yox. İlham Əliyev təbii ki, bu məsələni gündəmə gətirməklə qeyri-adi dərəcədə çox ciddi addım atıbdır və vaxtı ilə Elçibəyin sözdə dediklərini əməli işdə ortaya qoyub. Ona görə də Elçibəyin tərəfdarları Cənubi Azərbaycan məsələsinə görə bu gün İlham Əliyevin yanında olmalıdır. Amma mən eşitdim ki, bizim nümayəndə heyəti Fəxri Xiyabana gediblər, amma Elçibəyin qəbrini ziyarət etməyiblər. Ora gedirsənsə, Heydər Əliyevin də Elçibəyin də məzarını ziyarət elə. Elçibəy axı bu ideaları verəndə hakimiyyətdə təmsil olanlar çox Elçibəyi tənqid edirdi ki, bizi İran ilə düşmən edib... Amma 30 ildən sonra məlum oldu ki, biz İrana nə qədər qardaş desək də, İrananə qədər qızıldan, qurandan don geyindirsək də İranda olan fars şovinizmi Cənubi Azərbaycan türkünü özünə düşmən bilir."
Bu sözləri sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, İran televiziyalarında Azərbaycan tənqid edilir:
"Onlar televiziya qarşısında türkləri tənqid edirlər, bunların edən də özümüzük. Onların mollaları var ki, ağızlarına gələnləri danışırlar,hədə qorxu gəlirlər. Biz artıq xalq kimi cənublu-şimallı vahid xalq kimi düşünməliyik. Mən cənublu qardaşlarımıza bunu demək istərdim ki, sosial-mədəni hüquqlar uğrunda mübarizəni kənara qoymaq lazımdır və siyasi hüquqlar uğrunda mübarizə aparmaq lazımdır".
Məğrur,
Sitat.info