Paşinyanın qardaşı avtomobil qəzasına düşdü

16:15 29 Noyabr 2022

Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı Armen Paşinyan avtomobil qəzasına düşüb.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” portalı yayıb.

Məlumata görə, hadisə Malatiya-Sebastiya rayonunda baş verib. Belə ki, Paşinyanın qardaşının idarə etdiyi avtomobillə digər bir avtomobil toqquşub.

Qəza zamanı sınıq xəsarətləri alan Armen Paşinyan xəstəxanaya yerləşdirilib.

/Qafqazinfo



Xəbər xətti