"Son vaxtlar daha çox Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində atəşkəs pozulur. Ara-sıra Tovuz istiqamətində pozurdular, indi onu da azaldıblar, keçiblər Rusiya sülhmıramlıların kontihentinin
nəzarət etdiyi ərazilərə...Əsgərandan Ağdam istimaqətinə, Suqovuşa-Tərtər, Şuşa və Ağdərə istiqamətində təxribatlar edirlər.
Təxribat hansısa əsgərin, zabitin acığa düşüb, atəş açması demək deyil.
Təxribat siyasətdir. Təxribat dövlət siyasətidir, hətta dövlətlərin siyasətidir.
Bu sözləri sitat.info-ya açıqlamasında ekspert İlham ismayıl deyib.
O bildirib ki, Rusiya sülhün və barışğın olmaması üçün əlindən gələni edir:
"Bu, Rusiyanın, Ermənistanın, üstəlik qondarma separatçı rejimin siyasətidir. Qəsdən atəşkəs pozulur və Rusiya
deyir ki, mən hələ burda olmalıyam.Heç bir barışıq getmir. Məqsəd odur ki, danışığa, sülhə doğru heç bir
addım atılmasın. Rusiya elə sanır ki, bu münaqişənin uzanması onun xeyrinədir. Rusiya da yaxşı bilir ki, biz də bunu bilirik.
Ona görə də Rusiya Azərbaycanla münasibətlərində ehtiyatlı davranmalıdır. Yadınızdadırsa, KTMT-nin iclası başlamazdan bir gün əvvəl baş nazir Mixail Mişutsin burada idi.Ardınca Xovayev gəldi.
Hazırda Azərbaycan bunlar üçün perspektiv nəfəslikdir. Qərbin tətbiq etdiyi sansksiyalardan və qadağalardan Azərbaycandan keçib, cənuba, şərqə, Avropaya çıxmaq istəyirlər.
Ona görə də bəzi məsələlərdə bizimlə ehtiyatlı davranırlar".
Məğrur,
Sitat.info