Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB + FOTO

22:34 29 Noyabr 2022

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun saxlanılması barədə xəbərlər əsassızdır.

Bu barədə APA-ya hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd edək ki, bu gün bəzi media orqanları tərəfindən M.Talıbovun saxlanılması barədə məlumatlar yayılıb.

***

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun qardaşı Məhərrəm Talıbov saxlanılması barədə xəbər yayılıb.

Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Məhərrəm Talıbov Naxçıvandakı anti -korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Əməkdaşımızın Məhərrəm Talıbovun mobil telefonuna zənginə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırmış olub.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq o zaman, onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki, qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

Mövzuya qayıdacağıq.




Xəbər xətti