Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, eks-prezident Dmitri Medvedev Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya veriləcəyi təqdirdə, NATO heyəti ilə birlikdə bu qurğuları da vuracağı ilə hədələyib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Medvedev NATO rəsmlərini hədələməklə yanaşı təhqir də edib:
“Əgər Stoltenberqin eyham vurduğu kimi, NATO Kiyevi NATO personalı ilə birlikdə “Patriot” kompleksləri ilə təmin edərsə, onlar dərhal Silahlı Qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək".
Medvedev ənənəvi olaraq NATO rəsmilərini təhqir edərək onları “Atlantik impotent” adlandırıb.
Məğrur,
Sitat.info