Bu gün əsas təhlükə Xəzər dənizindən gəlir - Jdanov

08:36 30 Noyabr 2022

Bu gün əsas təhlükə Rusiyanın strateji aviasiyasının aerodromlarının yerləşdiyi Xəzər dənizi bölgəsindən gəlir.

Sitat.info xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

"Bu gün bizi daha çox Tu-96 MS tipli taktiki bombardmançıların yerləşdiyi “Engels” və “Engels-2” aerodromları narahat edir - bunlar qanadlı raketlərin əsas daşıyıcılarıdır. Yeri gəlmişkən, iki, hətta üç kütləvi zərbə endirildi. Bu bombardmançılar tərəfindən həyata keçirilir. Onlar Xəzər dənizinin akvatoriyasından raketlər buraxırlar”, - Jdanov bildirib.

O qeyd edib ki, Rusiya raketlərinin təxminən 80%-i “Engels”də cəmləşib./Axar.az



Xəbər xətti