BMT proqnoz verdi: Ukraynanı dörd milyona yaxın insan tərk edə bilər

21:15 26 Fevral 2022

Rusiya-Ukrayna hərbi münaqişəsi ilə əlaqədar təxminən 116 min insan Ukraynanı tərk edərək qonşu ölkələrə keçib.

Bu statistikanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu açıqlayıb. 

“Hazırda demək olar ki, 116 min insan beynəlxalq sərhədləri keçib. Onların sayı arta bilər. Rəqəmlər hər dəqiqə dəyişir”, - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü qeyd edib.

Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, dörd milyona yaxın ukraynalı sərhədi keçə bilər.

Ş. Mantu onların əksəriyyətinin qonşu dövlətlərə - Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib.



Xəbər xətti