"İkinci Qarabağ müharibəsi zamanı İran vasitəsilə Ermənistana silahların daşınmasına etiraz edən 300 nəfər güneyli həbs edilmişdi".
Sitat.info xəbər verir ki, bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmiya gölünün harayı" adlı tədbirdə deyib.
"İllərdir ki, biz həbs edilən milli fəallarımızın müdafiəsi üçün işlər aparırıq. Biz çəkinmədən onları müdafiə edirik", - o bildirib.