"Tofiq Zülfüqarov “Laçın dəhlizi bağlanmalıdır” cümləsi bir az qəribə səslənir” deyərkən tam haqlıdır. Söhbət yolun bağlanmasından deyil, nəzarətə götürülməsindən, yolun sonunda Azərbaycan gömrük və sərhəd postunun yaradılmasından gedir".
Bu fikri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, “Yol bağlanmalıdır” ifadəsi ermənilərin əlinə bəhanə verir ki, guya Azərbaycanın məqsədi Qarabağı mühasirədə saxlamaqdır: "Məqsəd bu deyil, əsas vəzifə həmin yolda nəzarət postları yaratmaqla Ermənistandan Qarabağa silah, hərbi texnika, minaların daşınmasının, cinayətkarların, o cümlədən Azərbaycan vizası olmayan xarici ölkə vətəndaşların ərazimizə qanunsuz keçidin qarşısını almaqdır".
E.Şahinoğlu hesab edir ki, Zəngəzur dəhlizinin açılmasını gözləmədən Azərbaycan büdcəsi hesabına tikilən və ərazimizdən keçən yolun nəzarətə götürülməsi başlıca vəzifəmiz olmalıdır.
Hülya,
Sitat.info