Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının xüsusi tribunalla bağlı qətnamə layihəsini dəstəkləmək üçün dünya birləşməlidir.
O, bildirib ki, xüsusi tribunal yaradılmadan hazırda mövcud olan beynəlxalq hüquqi sənədlər Rusiyanın ali siyasi və hərbi rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyətə cəlb etmək üçün kifayət deyil.
Sitat.info xəbər verir ki, bu barədə Zelenski ötən axşamkı çıxışında bildirib.
Onun sözlərinə görə, dünən Ukraynada ədalətin bərpası və bu cinayətkar müharibədə günahkar olanların hamısının məsuliyyətə cəlb edilməsi üçün bir neçə yeni addım atılıb.
"Biz artıq bir çox ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik ki, hər bir rusiyalı qatil layiqli cəzasını alsın. Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq qurmuşuq və onu gücləndirəcəyik".
Nərgiz,
Sitat.info