Putin və Paşinyan arasında telefon danışığı olub

22:00 26 Fevral 2022

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağa dair 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit olunmuş sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sərhəddində təhlükəsizlik məsələləri müzakirə edilib



Xəbər xətti