Bakıda anti-Türkiyə filminin yayımından imtina edildi

14:58 30 Noyabr 2022

Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib.

Sitat.info xəbər verir ki, anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub.

Kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmin gələn həftə "Landmark"da nümayiş etdiriləcəyinə dair sosial şəbəkədə paylaşım edib.



Xəbər xətti