"Dünya azərbaycanlıları türklərinə Azərbaycan vətəndaşlığı verilməlidir" - Partiya sədri

21:47 30 Noyabr 2022

"Mən hesab edirəm ki, belə bir qanun qəbul edilməlidir. Biz artıq vətəndaşlıq məsələsini gündəmə gətirməliyik. Dünya azərbaycanlıları türklərinə Azərbaycan vətəndaşlığı verilməlidir"

Sitat.info xəbər verir ki, bu sözləri "Reaksiya tv"-nin efirində "Turan" partiyasının sədri Cahandur Bayoğlu deyib.

Partiya sədri  bildirdi ki, Azərnaycanın  şimalında və cənubunda təşkilatlanaraq, cənublu soydaşlarımızın hüquqlarını qorumaq üçün mübarizəyə başlamaq lazımdır:

"Eyni zamanda artıq vətəndaşlıq haqqında qanun çıxandan sonra bizim Azərbaycanın güeyində təşkilatlanmağımız, partiya rəhbərlərinin Azərbaycanın quzeyində təşkilatlanması, vahid bir cəbhədə 

prezident iİlham Əliyevin liderliyi ilə Bütöv Azərbaycan uğrunda mübarizəni təmin edib və beləliklə 60 milyonluq Azərbaycan türkünün mövqeyinin ortaya qoymuş oluruq. Bununla da Bütöv Azərbycanın sərhədlərinin genişlənməsini həyata keçiririk. Xalqımız artıq orada İranın fars faşizm qanunları ilə deyil, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun yaşamaq istədiklərini və Azərbaycan vətəndaşlığını qəbul etdiklərini dilə gətirilər.

Azərbaycan da öz vətəndaşlarını qorumaq uğrunda mübarizəyə girişir. Biz 50 milyonluq soydaşlarımızın taleyinə biganə yanaşmamalıyıq. Bu tale yüklü məsələdir".

Məğrur,

Sitat.info



Xəbər xətti