Səudiyyə Ərəbistanı İspaniyanın dövlət şirkəti Navantia-dan 5 döyüş gəmisi almaq üçün müqavilə imzalayıb.
Sitat.info xəbər verir ki, İspaniyanın Sənaye, Ticarət və Turizm Nazirliyindən verilən yazılı açıqlamada, Ər-Riyadda keçirilən imzalanma mərasimində sənaye, ticarət və turizm naziri Reyes Maroto, Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Xalid bin Hüseyn Əl Bayari, Navantia prezidenti Ricardo Dominqesin iştirak etdiyi bildirilib.
Mətbuata verilən məlumatda Səudiyyə Ərəbistanının Navantiadan 5 döyüş gəmisi alması ilə bağlı imzalanan müqavilənin 2023-cü ildə son şəklini alacağı qeyd edilib.
Razılaşma ilə bağlı İspaniya naziri Maroto, "Hər iki ölkənin hökumətləri arasında gərgin işin nəticəsi olan bu müqavilə ilə Navantia-nın İspaniyadakı gəmiqayırma zavodlarının, xüsusilə San Fernandodakı iş yükünü növbəti bir neçə il üçün təmin etmək yolunda çox əhəmiyyətli bir addım atıldı" ifadələrini işlətdi.
Navantia-nın yüksək texnologiyalı hərbi və mülki gəmilərin dizaynı və inşasında dünya lideri olduğunu vurğulayan Maroto, Səudiyyə Ərəbistanı ilə bu müqavilə ilə İspaniyanın bu sektorda texnoloji və sənaye öhdəliyini davam etdirdiyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info