Ukraynada itkin düşən rus əsgərləri üçün "qaynar xətt" açıldı

23:41 26 Fevral 2022

Rus əsgərlərini Ukraynada itirənlər üçün "qaynar xətt" açılıb.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib. Məlumatda qeyd edilib ki, Ukraynanın hər hansı yerində rus əsgərini itirmiş hər kəs üçün "qaynar xətt" yaradılıb. Nazir qeyd edib ki, bu, əsgər və zabitlərin yaxınları üçün nəzərdə tutulub. 

"Əgər yaxınlarınız son aylarda təlimlərə gedibsə və onlarla əlaqəni itirmisinizsə, çox güman ki, onlar Ukraynaya hücumda iştirak edirlər. Son iki gün ərzində isə bir neçə min rusiyalı əsgər öldürülüb, 200-dən çoxu əsir götürülüb. Bu "qaynar xətt" vasitəsilər əsgərlərin yaxınları məlumat ala bilər, ölmüş qohumlarının meyitlərini aparmaq üçün zaman və yol təyin edə bilərlər", - məlumatda həmçinin qeyd olunub.

 



Xəbər xətti