Lavrov: “Azərbaycan Qarabağdakı ermənilərin hüquqlarını təmin etməyə hazırdır”

14:08 1 Dekabr 2022

“Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib:

“Azərbaycan tərəfi buna hazırdır. Azərbaycan bunu müzakirə etməyə, Qarabağdakı ermənilərə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlarla bağlı zəmanət təqdim etməyə hazırdır”.



Xəbər xətti