ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Əbu İbrahim əl-Haşimi əl-Quraşinin ölümündən sonra İŞİD-in başına keçən Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşinin də öldürüldüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, CENTCOM-un sözçüsü polkovnik Co Buccino açıqlamasında bu barədə məlumat verib: "Oktyabrın ortalarında Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşinin ölümü İŞİD-a daha bir zərbə vurdu. Bu əməliyyat Suriyanın Dara bölgəsində Azad Suriya Ordusu tərəfindən həyata keçirilib. Buccino İŞİDinn bölgə üçün təhdid olmağa davam etdiyini və təşkilatın daimi məğlubiyyətinə kökləndiklərini bildirib.
Bu hücumda İŞİD-ə qarşı koalisiyanın rolunun nə olduğu məlum deyil.
ABŞ qüvvələri İraq, Suriya və İordaniya sərhədlərinin kəsişdiyi Əl-Tənif bölgəsində "Azad Suriya Ordusu" adlı müxalif qrupla əməkdaşlıq edir.
İŞİD-in ilk lideri Əbu Bəkr əl-Bağdadinin yerinə keçmiş Əbu İbrahim əl-Haşimi əl-Qureyşi fevral ayında ABŞ xüsusi təyinatlılarının Suriyanın şimal-qərbində keçirdiyi əməliyyatda öldürülüb.
Məğrur,
SİTAT.İNFO