Rusiya ilə Ukrayna arasında 100 əsir dəyişdirildi

22:49 1 Dekabr 2022

Rusiya və Ukrayna arasında əsir mübadiləsi üzrə aparılan danışıqlar nəticəsində ümumilikdə 100 əsgər azad edilib.

Rusiya-Ukrayna müharibəsi davam edərkən iki ölkə arasında əsir mübadiləsi davam edir.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada qeyd edilir ki, danışıqlar prosesi nəticəsində əsirlikdə və ölüm təhlükəsi altında olan 50 rus əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarıldı.

Rusiya Aerokosmik Qüvvələri tərəfindən azad edilmiş rus əsgərlərinin müalicəsi və reabilitasiyası təmin edilib: “Bütün azad edilmiş əsgərlərə lazımi tibbi və psixoloji dəstək göstəriləcək. 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti