Natiq Cəfərli Talıbov qadağalarının məntiqini açıqladı: Maraqlı İDDİA

23:16 1 Dekabr 2022

"Naxçıvanla bağlı qərar çoxdan yetişib. Necə ola bilər ki, ölkənin bir yerində bir qaydalar işləsin, başqa yerində başqa qaydalar olsun".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Laf TV-nin  efirində deyib.

O qeyd edib ki, Vasif Talıbovun özünün xeyli  qadağaları var: "Məmurlar Talıbovun icazəsi olmadan xaricə , Bakıya gedə bilməzlər. İməcliklər keçirilir, çayxanaya getmək qadağandır. Bunun səbəbi nədir? Mənim ağlıma yalnız bir fikir gəlir. Hansısa bölgədə dövlət büdcəsindən vəsait oğurlanırsa, həmin bölgədə əhalinin sayı az olmalıdır ki, bu oğurluq nəzərə çarpmasın".

İqtisadçı fikrini belə izahn edib: "Məsələn, Naxçıvanın rəsmən 450 min nəfər əhalisi var. Onların maaşı, təqaüdü, məktəbi, səhiyyəsi və sair hesablanır, büdcədən vəsait ayrılır. Orada 150 min insan qalanda 300 min insanın təhsil, səhiyyə, kommunal və sair xərclərini rahatlıqla mənimsəyə bilirlər. Bu sərt qadağaların iki səbəbi var, birincisi siyasi azadlıqları boğmaqdır. Məsələn, çayxana qadağası. İkincisi isə mənimsəmə imkanlarıdır. Bölgədə adam sayı az olanda onlara ayrılan vəsaiti daha rahat mənimsəmək olur".

Məğrur,

Sitat.info 



Xəbər xətti