ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoyma yolunu tutacağı təqdirdə onunla danışmağa hazır olduğunu bildirmişdi.
Sitat.info xəbər verir ki, bu çağırışa Kremldən cavab gəlib.
Kremlin sözçüsü Peskov deyib ki, ABŞ Rusiyanın yeni ərazilərini tanımır və vu, danışıqlar üçün qarşılıqlı mühitin yaranmasını çətinləşdirir: " Bununla belə, Putin məqsədlərimizə çatmaq üçün bütün tərəflərlə danışıqlara açıqdır. Diplomatik üsullar ən çox seçilən yoldur. Biz məqsədlərimizə çatırıq”.
Lakin Rusiyanın Ukraynanı tərk etməyə hazır olub-olmaması ilə bağlı suala Peskov “Ukraynada xüsusi hərbi əməliyyatlar davam edir” cavabını verib.
Nərgiz,
Sitat.info