"Azərbaycan hökuməti Qarabağ məsələsinin həllinə xarici siyasətdə konseptual baxış gətirməlidir. Çalışmalıyıq ki, bu məsələyə Rusiya və İran təhlükəsinin regiondan uzaqlaşdırılması kontekstində baxılsın".
Sitat.info xəbər verir ki, bu sözləri Müsavat TV-nin efirində politoloq Sülhəddin Əkbər deyib.
Onun sözlərinə görə, bu şəkildə daha çox xarici ölkədən dəstək qazanmaq olar: "ABŞ-la, Brüssellə söhbətlərdə bildirilməlidir ki, Rusiya və İran regiondan kənarlaşdırılsın. İran Ermənistanda getdikcə güclənir, Azərbaycanı təhdid edir. Rusiya getdikcə Ermənistana və Azərbaycana qarşı daha təhlükəli hal alır, gözlənilməz addımlara əl ata bilər".
S.Əkbərin fikrincə, Rusiya gözlənilməz addımlar ata bilər: "Ukraynada uğursuzluğa düçar olan Rusiya başqa bir istiqamətdə kiçik qələbə qazanıb auditoriyasını sakitləşmək üçün Azərbaycanda və ya Ermənistanda təxribat törədə bilər. Bu baxımdan Azərbaycan bu məsələni Rusiya və İran məsələsi kimi qoyarsa daha çox dəstək ala bilər".
Seymur,
Sitat.info