300 milyonu nazir təkbaşına "yeməyib", başında kimlər dayanır? Elxan Şahinoğludan SƏRT AÇIQLAMA

18:48 2 Dekabr 2022

"Naxçıvanla bağlı məsələdə köklü dəyişikliklər olmasa proses yarımçıq qalacaq və gələcəkdə biz yenə də İran,  Rusiya təhlükəsindən danışmalı olacağıq".

Sitat.info xəbər verir ki, bu sözləri Press-Klub TV-nin efirində politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əgər təhülkəsizlik baxımından bu məsələni köklü həll etmək istəyiriksə, biz bilməliyik ki, bu qanunsuzluqların başında kimlər dayanır: "Aydın məsələdir ki, maliyyə naziri 300 milyon yeyintini təkbaşına həzm etməyib. Bu kimlərləsə bölüşdürülüb. Bu sxem həll edilməlidir. Bu sxem qalarsa, orada yenə də İran casusları at oynada bilər".

E.Şahinoğlu vurğuladı ki, korrupsiyanın qarşısı alınmalı və təyinatlar Bakıdan həyata keçirilməlidir ki, İranın Naxçıvana təsir imkanları ortadan qalxsın:  "Bu yarımçıq olacaqsa, bir müddətdən sonra yenidən eyni yeyintilərin şahidi olacağıq. Necə ki, Mədəniyyət Nazirliyində iki dəfə ardıcıl həbslər baş verdi. Naxçıvanda bu məsələ başlanılıbsa, sona qədər getmək lazımdır. Orada fərqli bir millət yaşamır, azərbaycanlılar yaşayır. Kürdəmirdə yaşayanın hüquqları necədirsə, Naxçıvanda yaşayanların da hüquqları elə olmalıdır". 

Seymur,

SİTAT.İNFO



Xəbər xətti