"Naxçıvanın dövlət büdcəsi dağıdılıbdır" - Sərdar Cəlaloğlu

22:55 2 Dekabr 2022

"Naxçıvan muxtar respublikasının dövlət büdcəsi dağıdılıbdır. Vətəndaşlara çatan heç nə yoxdur".

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Reaksiya TV-nin efirində bildirib. 

Onun sözlərinə görə, naxçıvanlılar qazanc əldə etmək üçün Türkiyəyə üz tutmaq məcburiyyətində qalıblar: "Məsələn, Sarıköydə "nehrəmlilər" küçəsi mövcuddur. Demək olar ki, bütün Naxçıvan kəndlərinin adına İstanbulda küçələr var. Hamı gedir orada qara əməklə məşğul olub ailəsini dolandırır. Sanki, Naxçıvanda dövlət deyə bir şey yoxdur. Türkiyə yolları bağlasa demək olar ki, camaatın maddi durumu çətinləşəcək".

Məğrur,

Sİtat.info

 



Xəbər xətti