"2020-ci il dekabırın sonlarında artıq baş verən hadisələr fonunda bədbin proqnoz vermişdim ki, 3-cü Qarabağ müharibəsi bu gedişlə labüd ola bilər. Təbii ki, müharibə qan-qada deməkdir, amma bu cür də davam edə bilməz".
Bu sözləri Sitat.info-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.
O qeyd edib ki, Azərbaycan öz ərazilərində anti-terror əməliyyatları keçirmək hüququnu özündə saxlayır və birmənalı olaraq bu hüquqdan istifadə etməlidir: " Biz 10 noyabrdan sonra 3 dəfə əməliyyatlar keçirmişik. Biri Fərux yüksəkliyində "Qisas" əməliyyatı idi. Ən son hadisələr bir daha bunu deməyə əsas verir ki, Azərbaycan növbəti dəfə belə əməliyyat keçirərsə, həmin bölgədə olan sülhməramlı adlandırılan rus hərbiçiləri bu prosesdə çox ciddi maneə rolunu oynaya bilərlər"
Səid,
Sİtat.info
Pariya sədri bildirib ki, sülhməramlılar açıq-aşkar meydan oxuyurlar: "Dəfələrlə Müdafiə Nazirliyi bu məsələ ilə bağlı xarici işlər nazirliyinə xəbərdarlıq edir, mövqeyini bildirir və sonuncu bəyənatda da deyilir ki, təəsüflər olsun ki, Rusiya tərəfi bu məsələyə münasibət bildirmir. Hər şey bir tərəfə, bu qədər xəbərdarlıqdan sonra yenidən öedirlər. Nə adları dəyişirlər, nə mövqeyi dəyişirlər Dağlıq Qarabağ ifadəsindən istifadə edirlər. Bu artıq nə göz ardına vurmaq deyil, nə də saymamazlıq demək deyil hesab edirəm ki, bu meydan oxumaqdır.
Səid İsaoğlu,
Sitat.info