Qazaxda avtomobil 6 yaşlı uşağı vurub

14:44 3 Dekabr 2022

Qazax rayonunda avtomobil 6 yaşlı uşağı vurub.

Sitat.info report-un Qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili Qazax rayon sakini, 2016-cı il təvəllüdlü M.Muradovanı vurub. Hadisə nəticəsində uşaq müxtəlif bədən xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti