Sahildə qayığı ilə balıq tutan kişi nəhəng timsahın qəfildən çaydan tullanaraq 1 yaşlı oğlunu tutması izləyənləri dəhşətə gəlib.
Sitat.info xəbər verir ki, uşağını xilas etmək üçün dərhal çaya tullanan şəxs başından yaralanıb və oğlunu xilas edə bilməyib.
Sözügedən dəhşətli hadisə Cənubi Asiyada bir çox İndoneziya və Malayziya sahilləri olan Borneo sahilinin Malayziya hissəsində baş verib. Dekabrın 1-də səhər saat 10:30 radələrində çaya ova çıxan şəxsin azyaşlı oğlunu timsah yeyib.
Kişi timsahla mübarizə aparmaq istəsə də övladını xilas edə bilməyib. Uşağı sürükləməyi bacaran timsah kişini də başından ağır yaralayıb.
Oğlunu timsahın əlindən xilas edə bilməyən atanın çay kənarındakı çarəsizcə baxışı görənlərin ürəyini ağrıdıb. Təcili yardıma aparılan şəxsə tibbi yardım göstərilib.
/Musavat