Sumqayıtın Kimyaçılar qəsəbəsində baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Belə ki, hadisə şahidlərinin Baku TV-yə verdikləri açıqlamaya görə, yanğın zamanı ölən körpələrin valideynləri evdə olmayıblar. Belə ki, ata həmin vaxt işdə, ana isə məişət tullantılarını atmaq üçün çöldə olub və qapını bağlayıb.
Qonşulardan biri hadisəni belə təsvir edib: “Çıxdım ki, hamı yığışıb. Ev yanır. Gəldik, dedilər ki, qapılar bağlıdı, uşaqlar içəridə qalıb. Səbəbini hələ heç kim bilmir. Deyilənə görə elektrikdən olub yanğın”.
Yanan evlərdən birinin sakini Ofelya Hüseynova isə bildirib ki, tüstü çıxdığını görən kimi qonşuları çağırıb, qapını sındırıblar, amma alov bütün evi bürüyübmüş: “Ondan sonra söndürmək mümkün olmadı. Uşaqlar da evdəydi”.
Daha ətraflı Baku TV-nin süjetində:
***19:37
Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdən (müxtəlif konstruktiv elementlərdən ibarət özbaşına tikililər) ümumi sahəsi 45 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, ümumi sahəsi 60 m² (hər mərtəbəsi 30 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
SİTAT.İNFO-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfər azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evlərin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.