Rusiya Müdafiə Nazirliyi bunu bilərəkdən edir. Azərbaycan tərəfi rəsmi açıqlama verib. Müdafiə nazirləri arasında ayrıca bir xətt də mövcuddur ki, yaranmış problemləri qısa zamanda həll etmək mümkün olsun. Bu kommunikasiya xətləri vasitəsilə dəfələrlə ictimayyətə açıqlanmayan məlumatlar Rusiya tərəfinə verilib, xəbərdarlıq edilib. Ancaq topomnimlərlə bağlı heç bir irəliləyiş olmadıqda , Azərbaycan Müdafiə Nazirliyi məcbur qaldı ki, bunu ictimai şəkildə bəyan etsin".
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Reaksiya TV-nin efirində Rusiyanın sülhməramlıların müvəqqəti nəzarəti altındakı ərazilərdə yer adlarının ruslar və ermənilər tərəfindən təhrif edilməsinə cavab olaraq bildirib.
O qeyd edib ki, Rusiyada da kifayət qədər qədim türk adları daşıyan ərazilər var ki, adları sonradan dəyişdirilib, biz də qədim toponimləri gündəmə gətirə bilərik: "Rusiyanın xoşu gələrmi biz oradakı əraziləri qədim türk adları ilə çağıraq, məsələn Astaraxana Həştərxan deyək, orada Qızıl Ordanın toponimləri həddindən artıq çoxdur. Krımda əksər yer adları türk toponimləridir. Qondarma adlar qoyublar, orada hamısı türk adları olub. Xoşlarına gələrsə biz də edək. Amma etmirik, çünki beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Bəs siz niyə edirsiz, qarnınızın dərdi nədir?".
Ekspert bildirdi ki, Stepanakert adı özü özünü ifşa edir: "Xankəndinə Stepanakert deyirlər, Stepan Şaumyanın adına verilib. Bu nə vaxtın hekayəsidir? 100 il öncənin hekayəsinə görə ad verilib, ondan öncə həmin şəhərin adı nə olub? Elementar məntiq var da. Niyə israrla Stepanakert deyilməsində maraqlısınız? Deməli məqsəd başqadır. Rusiya həmin bölgəni ictimai -siyasi, hərbi və sair baxımdan özünə bağlamağa çalışır".
Hülya,
Sitat.info