Aİ-nin Rusiyaya qarşı neft sanksiyaları qüvvəyə minir

12:39 5 Dekabr 2022

Rusiya mənşəli və ya Rusiyadan ixrac olunan neft və neft məhsullarının tavan qiyməti bir barel üçün 60 dollar müəyyən edilib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu gün, dekabrın 5-də Aİ Şurasının Rusiya neftinə qiymət limitinin tətbiqi ilə bağlı qərarı qüvvəyə minir.

Rusiya neftinin üçüncü ölkələrə dəniz daşınmasına qadağa və nəqletmə ilə bağlı texniki yardım, broker xidmətləri, maliyyə və ya maliyyə yardımının göstərilməsi qadağası da qüvvəyə minəcək.

Səid, 

Sitat.info



Xəbər xətti