ABŞ-dan Çini qəzəbləndirəcək açıqlama: Etirazları dəstəkləyirik...

13:41 5 Dekabr 2022

ABŞ dövlət katibi Antoni Blinken Çində Kovid-19 karantin tədbirlərinə qarşı etirazları dəstəklədiklərini deyib və gələn il Çinə səfəri zamanı bu məsələni gündəmə gətirəcəklərini bildirib.

Sitat.info xəbər verir ki, Blinken CNN-də Jake Tapperin aparıcılığı ilə yayımlanan "Birlik Dövləti" proqramında  sualları cavablandırıb.

Tapperin ABŞ-ın Çindəki Kovid-19 etirazlarına dəstək olub-olmaması sualına Blinken, "Əlbəttə ki, dəstəkləyirik"cavabını verib. 

Blinken deyib: “Biz hər yerdə insan haqlarını, dinc etiraz hüququnu, ifadə azadlığını müdafiə edirik, istər Çində, istər İranda, istərsə də dünyanın istənilən yerində. Gələn ilin əvvəlində Çinə səfər edəcəm və o zaman da bu məsələni də gündəmə gətirəcəm". 

 Xatırladaq ki, payızdan bəri Çində Omicron variantına yoluxmanın artması səbəbindən hökumət karantin tədbirlərini gücləndirib,  səyahətlər ləğv edilib, kütləvi testlər keçirilir. İstehsal, ticarət və xidmətlər sahəsində müəssisələr qapadılıb, tam karantin gətirilib. 

Sərt tədbirlərə reaksiya verən xalq ölkənin müxtəlif yerlərində hökumətə etiraz edib.

Etirazlardan sonra Çinin epidemiya ilə mübarizəyə cavabdeh olan rəsmisi Sun Çunlan  tədbirlərin kiçik və mərhələli dəyişikliklər edilməli olduğunu bildirib. 

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti